Sənin Xəyalların Onların Strategiyası Olmasın!

Bizim Hekayəmiz

Rəqəmsal dünyanın parıltılı vədləri çox vaxt böyük xəyalları olan insanları yanlış yollara sövq edir. Səbinə Mirhəsənovanın hekayəsi də məhz burada, bu sənayenin görünməyən tərəfləri ilə toqquşduğu nöqtədə başladı. O, illər öncə çıxdığı bu yolda sadəcə maddi itkilərlə deyil, həm də sektora olan inamın sarsılması ilə üzləşdi..

Digitach, məhz bu boşluğu doldurmaq və bu uğursuz təcrübələrin qarşısını almaq üçün bir missiya olaraq quruldu.
Biz gördük ki, marketinq dünyası çox vaxt insanlara bilik deyil, sadəcə ümid satır. Səbinə xanımın rəhbərliyi ilə Digitach-ın yaradılma fəlsəfəsi sadədir: Sənin keçdiyin çətin yolları biz artıq keçmişik və bu yoldakı tələləri təmizləmək üçün buradayıq. Bu gün onlarla uğurlu brendi idarə edən peşəkar komandamızla, biz sənə sadəcə "nəyi" deyil, "necə və niyə" edəcəyini göstəririk.

Bizim üçün uğur, satdığımız kursların sayı deyil, qoruduğumuz xəyalların və reallaşan karyeraların sayıdır. Biz sənə bir vaxtlar Səbinənin axtardığı, lakin tapmaqda çətinlik çəkdiyi o dürüst və şəffaf bələdçiliyi təklif edirik.

Çünki biz inanırıq ki, rəqəmsal marketinq manipulyasiya aləti deyil, azadlıq və dəyər yaratma sənətidir.

Missiyamız

Rəqəmsal dünyada hər kəsin potensialını açmaq, gələcəyin rəqəmsal liderlərini yetişdirmək.

Vizyonumuz

Azərbaycanın və regionun ən innovativ, nəticəyönümlü rəqəmsal təhsil mərkəzi olmaq.

Dəyərlərimiz

İnnovasiya

Daim ən son texnoloji yenilikləri tədrisimizə inteqrasiya edirik.

Keyfiyyət

Nəzəriyyəni deyil, real bazar tələblərinə uyğun praktik təcrübəni aşılayırıq.

Əlçatanlıq

Hər bir istedadlı gənc üçün keyfiyyətli təhsili əlçatan edirik.

Sənin Üçün Yaradılan Təhlükəsizlik Qalxanı

Nəzəriyyəyə Yox, Praktikaya Hə

Tələbə Dostu və Əlçatan

Biz Səni Tək Buraxmırıq

QURUPLARIMIZ MAKSIMUM 10 NƏFƏRDƏN İBARƏTDİR
(Yerlər məhduddur)

HƏRƏKƏTƏ KEÇ VƏ SON YERİ SƏN TUT
Salam! Hekayəmiz haqqında sualınız var?